IQNA

Aşura və bu günümüz -2

VIDEO | Peyğəmbərdən (s) əlli il sonra baş verən tarixi faciə

18:23 - August 14, 2021
Xəbər sayı: 3490520
İmam Hüseynin (ə) qatilləri müsəlman idilər, Quran oxuyur, hətta bəziləri gecə namazı da qılırdılar. Onların çoxu Peyğəmbərin (s) nəvəsi İmam Hüseyni (ə) necə əzizlədiyini gözləri ilə görmüşdülər.

Ali Məqamlı Rəhbərin Seçilməsi Məclisinin (Xübrəqan) üzvü və Tehran universitetinin ustadı Məhəmməd Möhsin İsmayili "İran Universitetlərinin Qura Təşkilatı"nın "Mübin" studiyasında "Aşura və bizim bu günümüz" adlı silsilə videodərslərdə Aşuranın tarixini təhlil edib, Aşuranın qiyamının kökləri və ibrətlərindən danışıb.

Həmin videodərslərinin ikinci hissəsini təqdim edirik:

"Gərək Kərbəla hadisəsi, hadisənin miqyası və onun necə və nə üçün baş verməsindən agah olaq. Gərək tarixi baş verdiyi kimi oxuyaq və yadda saxlayaq. Amma bunların hamısından daha əhəmiyyətlisi budur ki, hadisələri təhlil və analiz edə bilək və baş verənlər üzərində düşünək.

Düşünək ki, həqiqətən, necə oldu ki, sevimli İslam peyğəmbərinin (s) vəfatından cəmi 50 il sonra tarixin heç vaxt unuda bilməyəcəyi bir faicə baş verdi və Həzrət Məhəmmədin (s) ən əziz kəsi ən faciəvi şəkildə şəhid edildi?

İmam Hüseynin (ə) qatilləri müsəlman idilər, Quran oxuyurdular, hətta bəziləri gecə namazı da qılırdılar.

Onların çoxu İslam Peyğəmbərini (s) yaxından ziyarət etmiş və nəvəsi İmam Hüseyni (ə) necə əzizlədiyi və sevdiyini gözləri ilə görmüşdülər. Amma necə oldu ki, hər şeyi çox sürətlə unutdular və bəşər tarixinin ən böyük faciəsini öz zamanlarında Allahın ən əziz bəndəsi barədə həyata keçirdilər?!

Bu tarixin təhlili və analizi bizim yolumuzu işıqlandıracaq və Allahın dəyişilməz qayda və qanunlarını (sünnətlərini) bizim üçün aşkar edəcəkdir. O qanunlar ki, bəşər tarixinə hökmranlıq edirlər və dəyişilməzdirlər. Və Qurani-Kərim bu barədə buyurur ki, bu qanunlar heç bir millət üçün dəyişməyəcək və öz taleyini müsbətə doğru dəyişmək istəməyən millətlər oxşar bədbəxt taleləri bölüşücəklər.

Biz gərək öyrənək ki, İmam Hüseyn (ə) nə iş gördü və nə üçün gördü? Belə olan halda - (yəni Aşura qiyamının səbəb və fəlsəfəsini düşünüb həyat tərzimizin bir hissəsi etdiyimiz zaman) - biz İmam Hüseynin (ə) həqiqi şiəsi olacayıq.

Şiə məzhəbinin rəisi, altıncı məsum və ilahi rəhbər Həzrət İmam Cəfər Sadiq (ə) buyurur:     

«لَیْسَ مِنْ شیعَتِنا مَنْ قالَ بِلِسانِه وَ خالَفَنا فی اَعْمالِنا و آثارِنا»

"Bizim şiəmiz deyil o kəsi ki, dildə şiə olduğunu deyir, əməldə bizim dediklərimizin və əməllərimizin əksini edir".

Buna görə də tarixi Aşura hadisəsindən agah olmağın mənası, həmin hadisənin baş verməsi amilləri və səbəblərini öyrənmək, analiz və dərk etmək və həyat tərzinə çevirmək mənasınadır. /iqna

kod
captcha